visit my gallery

Amitaf

Yardıma ehtiyacı olan var..

June8

Ələkbərova Ülviyyə 1991-ci ildə İmişli rayonunda anadan olmuşdur.18 yaşi var. Anasi ilə birlikdə Suraxani rayonu, kərpic zavodunun, daş karxanasında sığınacaq tapib. Atasi isə Imişli rayonunda iflic xəstəliyi diaqnozu ilə xəstəxanada yatir. Ülviyyənin beyin nahiyyəsinin ənsə payında şiş aşkar edilib. Bir neçə ay bundan oncə Mərkəzi Klinik Xəstəxanasında əməlliyatın 1-ci hissəsi həyata keçirilmişdir. Həkim: Hikmət; Cərrah: Kamal Hepkup.
Əməliyyatın 1-ci hissəsinden 4 ay sonra Ülviyyə yeniden əməliyyat olunmalı idi. Amma artıq ilk əməliyyatdan 4 yox, 6 AY ötüb. Artiq həmin yerdə (beyində) 15% kristallaşma gedir ki, bu da öz təsirini göstərir. Artıq Ülviyyənin sol gözündə korlaşma gedir.
Bundan əlavə Ülviyyənin qadın orqanlarında da xəstəliyi var. Elə hər şey də bununla əlaqədar müayinə olunanda bilinib. Əməliyyat üçün 7152 AZN tələb olunur.
Anasi, Ələkbərova Sənəm xanım kərpic zavodunda fəhlə kimi işləyir (kərpic daşıyır). Özünün dediyinə görə “ac qalmamaq üçün işləyirəm”.
Yaşadiqlari daxmada nə masa, nə stul, nə soyuducu, daha dəqiq desək, bir neçə gün bundan əvvəl onlara pay gətirilən iki çarpayıdan başqa heç nə yoxdur.
GƏLİN ONLARDAN ÖZ KÖMƏYİMİZİ ƏSİRGƏMƏYƏK!!! Ülviyyənin hələ 18 yaşi var, onun hələ bir çox həyata keçməyən arzulari var….

Yardım etmək istəyənlər bu telefon nömrəsinə (055 827 43 72 TURAL) müracitə edə bilərlər.

Allah rızası üçün yardım edək…
ən azından dualarımızı əsirgəməyək..
Hörmətlə,

Reklam çəkilişində sirlər;)

May26

Artıq yeni dərsliklərə keçməyin vaxtıdır:)
Əziz həvəskarlar..Sizə `Hooppp suya` başlıqlı çəkdiyim şəkillərimin sirlərini paylaşacam:)İnşaAllah bir faydası olar.

Ləvazimatları:

-Canon 350D :)(əgər speedlight siz də varsa əla çəkiliş alınar,heyif ki mən də yoxdu:()
-18-55mm objektiv,daha da keyfiyyətlisi olsa əla olar..
-şəffaf qab..içi su ilə dolu təbii ki:D
-arxa plan mütləq ağ rəng..əgər mümkündürsə tam ağ bir yerlərə qabı yerləşdirərək çəkin..çünki şüşəyə bəzi lazım olmayan görüntülərin əksi düşə bilər.
-Tripod(üç ayaq) əgər varsa daha yaxşı olar..
-əgər flash zəifdirsə əlavə köməkçi lampa və pəncərə işığındanda istifadə etmək olar..
-photoshop bacarığı lazım:D

və son…hər halda su olmusunuzdur….kameranızı sudan çalışın qoruyun:D

sonda isə Photoshopu açın ,bəzi yerlər sırf ağ olmayacaqdır..çünki işıq zəifdir.bunun üçün bir qisim yerləri ağartmaq lazım olacaq;)

Photoshop`da işlədiləcək:
-dodge tool:
Range=Hİghlights
Exposure=11 (istəyinizə bağlı) bəzi qara olan yerləri ağartmaq üçün sizə faydası olacaq;)

-`leves`(ctrl+L) ilə bir azcıq ağartılsın.

-Sharpen`(daha dəqiq görünməsi üçün)
-`Saturation` və ya `color balance `(rəngləri daha canlı etmək üçün)

-çərçivə və imza:)

və sonnn…artıq paylaşa bilərsiniz;)
İnşaAllah bir faydası olar..

digər şəkillər..

posted under dərslik | No Comments »

Günün Fotoqrafçısı..

April8

Salam aleykum..
çoxdandı yazmırdım:(
bu gün http://fotokritik.com/ artıq 5ci dəfə günün fotoqrafçısı seçildim.
çox sevindiricidir.

Bütün həvəskar və ya professional fotoqraflara http://fotokritik.com/ məsləhət görərdim.həm fotoqrafçılıqla bağlı yeniliklər öyrənmə imkanınız olacaq,həm də günün fotoqrafı və ya günün fotoqrafçısı olduğunuzda şəkillər çəkməyə həvəsiniz daha çox olacaq..
Oradakı insanların səmimiliyi elə hər şeyə dəyər..

link…
http://fotokritik.com/kullanici/amitaf

P.S.İnşaAllah tezliklə yeni məqalələr paylaşılacaq;)

hörmətlə,

posted under Məqalə | 4 Comments »

-İSO nədir?

December28

*Foto həvəskarları , sizə objektivdən keçən işığın miqdarına nəzarət edən üç əsas çəkmə parametrləri olan İSO,Pərdə sürəti(`enstantane`,`shutter speed`) və Diyafram(aperture) haqqında məlumatlandırmaq istəyirəm.Arzuladığınız şəkili çəkmək üçün bunları bilməyiniz şərtdir.

İlk olaraq İSO haqqında məlumat verək;)

-İSO sensörün işığa qarşı həssaslığını birldirir.yəni,İSO dəyəri nə qədər yüksək olursa,işığa qarşı həssaslığı o dərəcədə yüksək olur.

İSO 100-200-400-800-1600 kimi saylarda olur.

Eyni parametrlərlə(yəni pərdə sürəti və diyafram sayı eyni olaraq) çəkdiyim şəkillərdə yalnız İSO saylarını dəyişərək İSO 100,400 və 1600 kimi saylardakı fərqləri göstərək..

İSO-100 İSO-400 İSO-1600

İSO 100 sayında çəkdiyim şəklin rəngi və işığın daha yaxşı olduğunu,
İSO 400 sayında rəng solmuş kimi görünməsi,
İSO 1600 isə ləkələr və çox işıqlı olduğunu görürsünüz..

çox yüksək sayda İSO istifadə etsəniz şəkildə də gördüyünüz kimi ləkələr(`grain,noise` kimi adlanır) olur.

bu sayların fərqlərini yaxşı olardı ki, özünüz də bir əşyanın şəklini çəkərək öyrənə biləsiniz;)

Bu da İSOnun bir neçə özəllikləri…gələn dərsimiz Pərdə sürəti(`enstante`,`shutter speed`) və diyafram (aperture) haqqında geniş məlumat olacaq ;)
onda bu üçlüyün hansı özəlliklərə sahib olduğunu daha yaxşı biləcəksiniz ;)

hörmətlər,

posted under dərslik | 4 Comments »

Necə başladım?

December13

Yəqinki bir çox insanlara şəkil çəkmə həvəsimin necə olduğunu və necə öyrəndiyim maraqlıdır:)
əsas həvəs,sevgi səbir lazımdır..

Həvəsim-yay tətilində kefim olmadığı zaman fotoaparatım(sony w-70) əlimə keçdiyində başladı.o vaxtlarda inanmazdım ki belə şəkillər çəkərəm,belə ideyalar quraram və indi blogum`da sizlərə öz həyatımı yazaram:)
1ay keçdi və o 1ay ərzində çəkdiyim bütün şəkilləri Blezx sayəsində sizlərlə paylaşdım..
sonra artıq bir çox fotoqrafçıların çəkdiyi şəkillərə heyranlıqla baxardım və daima günüm google`da keçirdi.fotoaparat və ləvazimatlara amazon.com və dpreview.com baxardım..
Bir gün google`da Fotoqrafların yığışdığı məkana fotokritik.com tanıdım daha doğrusu bağlandım(elə indidə:)),onların sayəsində artıq bilgim artırdı.forumlarını oxuyaraq başa düşmədiyim söz olan da həmin an google axtarışa keçib,oxuyaraq öyrənirdim.

sonra artıq fotokritik`də qeydiyyatdan keçməyə çalışdım,1aya yaxın bəlkə də çox olardı.nəhayət məni qəbul etdilər.sevincdən uçurdum..
orada `günün fotosu` adlı başlıqda daima yeni şəkillər və fotoqrafçılar seçilirdi.
bir gün mənim çəkdiyim şəkil günün fotosu olduğunu gördüm..yəni düşünün necə
havalara uçurdum:))
və sevincimdəm nə edəcəyimi belə bilmirdim….

foto həvəskarlar sizlərə də belə sevinclər diləyirəm;)

bir çox foto həvəskarlara demək istədiyim heç kimə fikir vermədən,qarşınızda gördüyünüz kağız və ya yarpaq belə olsa düşünmədən kameranızla çəkin..həyatın gözəlliyi budur..gördüyün bir nəsnəni çox fərqli çəkmək..
daha da canlandırmaq..
və ən əsası çəkdiyiniz canlılardakı o gözəlliyi ALLAH(c.c.) yaratdığını düşünmək..

siz də gördüyünüz bütün varlıqları bir düyməylə basaraq çəkin..o gözəlliyi gözünüzün önünə gətirin..
işığınız daima bol olsun…

P.S.əməyə hörmət etməyi və gördüyünüz gözəl şəkilləri dəyərləndirməyi unutmayın..bəlkə də bizim bir çox insanlarımız nə əməyə hörmət etməyi ,nə də dəyərləndirməyi bilmədikləri üçün bu günümüzdə fotoqraflarımızın sayı azdır…

hörmətlə,

posted under dərslik | 16 Comments »

İlk addımlar…

November26

Hər birinizə dərin təşəkkürümü bildirirəm.
İlk blogu açmaq fikrində olanda heç inanmazdım ki,hər kəs öz fikirlərini yazsın.
çox sevindirdiniz..

Artıq yeni məqalə yazmağın vaxtıdır.
İlk məqaləni daha qısa yazım.sonradan artıq çətin öyrəniləcək funksiyaları daha asan şəkildə yazmağa çalışacam..

Əgər şəkil çəkməyə yeni başlayacaqsınızsa kameranızı nə üçün alacağınızı düşünüb və necə istifadə etməyi,hansı şəkillər çəkəcəyinizi xəyal edin.
Yeni başlayanlar üçün isə ən idealı compact(rəqəmsal) kameralar məsləhətlidir..
çünki,yeni şəkil çəkməyə başlayanlar daha maraqlı olurlar.hər gördüklərini çəkmək istəyirlər,təbii ki belə də olmalıdır..yoxsa irəliyə addımlaya bilməzlər..
Gözəl şəkil çəkməyin bir çox şərtləri var..
hansı ki bunları qısa şəkildə izah edəcəm..

- İşıqdan istifadəni yaxşı bilin..
işıqdan yaxşı istifadəni bilməlisiniz(bu mövzu barədə geniş açıqlama olacaq).
İşıq əsas şərtdir. çünki işıq fotoaparatın ən əsas ləvazimatıdır..

-Dəqiqliyə diqqət edin!..
şəkil çəkdiyiniz zaman kameranı əsdirməməyə diqqət edin.kameranı əsdirib şəkil çəksəniz görəcəksiniz ki,dəqiqlik yaxşı deyil.bunun üçün nəfəsinizi tutub,tripod və ya masa üstünə sabitləyərək,ya da divara söykənərək şəkil çəkin.

-Kameranızı yaxşı tanıyın..
bunun üçün istifadə kitabçasını oxumalısınız.orada fotoaparatınızın texniki xüsusuiyyətlərini,hansı funsiyalara sahib olduğunu və necə istifadə edə biləcəyinizi görəcəksiniz..

-Daha çox şəkillərə baxın..
bu sizin şəkil çəkməyə həvəsinizi artıracaq və daha maraqlı düşüncələr əldə etməyinizdə faydalı olacaq..

-Həvəsdən düşməyin!
bir neçə dəfə şəkil çəkdiyinizdə ancaq istədiyiniz nəticəni əldə etməsəniz həvəsdən düşməyin,əksinə qarşınıza məqsəd qoyun..və davamlı həvəsdən düşmədən çalışın…
eyni bir obyektin şəklini çəkdikdə çalışın fərqli funksiyalarından istifadə edərək çəkin..faydasını görəcəksiniz..

və s..
gələn yazım bu mövzu barədə daha geniş formada olacaq.
digər bir mövzuda, compact(rəqəmsal) və DSLR kameraların nə fərqləri olduğunu izah edəcəm..

P.S.öz fikirlərinizi bildirməyi unutmayın:)

Hörmətlə,

Salam :)

November22

Salam.Yeni bloguma xoş gəldiniz.Burada həm blog ,həm də qalereya var.
-Şəkilləri qalereyamda toplayacam.
-Blogum da isə fotoqrafçılıq dərsliyi,kameralar haqqında məlumatlar,qısaca fotoqrafçılıq haqqında bildiyim hər şeyi paylaşacağam.
Blogum`da fotoqrafçılıq ilə əlaqədar öyrənmək istədiyiniz mövzular barədə sual verə bilərsiniz..

Hörmətlə amitaf,